Qızılın qiyməti tarixində ilk dəfə olaraq bir unsiya üçün 5000 dolları keçib
Yanvarın 26-da dünya birjalarında qızılın qiyməti artan geosiyasi gərginlik fonunda tarixində ilk dəfə olaraq bir unsiya üçün 5000 dolları ötüb. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bazar ertəsi səhər dünya birjalarında qiymətli metalın bir unsiyası 5029 dollara satılıb.
Agentlik qeyd edir ki, ekspertlər qeyri-sabitlik dövrlərində investorların ənənəvi olaraq üz tutduğu qızılın qiymətinin artmağa davam edəcəyini proqnozlaşdırırlar. Analitiklər əsas səbəblər arasında Birləşmiş Ştatlar və NATO arasında Qrenlandiya ilə bağlı gərginliyin artmasını və Rusiyanın Ukrayna ilə davam edən müharibəsini qeyd edirlər.
“Reuters” yazır ki, qızıla tələbə ABŞ-ın Kanada ilə ticarət sazişi imzalayacağı təqdirdə bu ölkədən idxala 100% tarif tətbiq etmək təhdidi də təsir edib.
Almaz Həsənli






















































































