Stokholm arbitrajı "Ermənistan Elektrik Şəbəkələri" işi üzrə Karapetyanların iddiasını rədd edib

Stokholm arbitrajı "Ermənistan Elektrik Şəbəkələri" işi üzrə Karapetyanların iddiasını rədd edib

Bəyəndim (3) Bəyənmədim (0)


Stokholm Arbitraj Tribunalı "Ermənistan Elektrik Şəbəkələri" QSC (EEŞ) ilə bağlı Karapetyanlar ailəsinin iddia tələblərini tamamilə rədd edib. Oxuməni.az-ın "Gazeta.ru" saytına istinadən verdiyi məlumata görə, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Arbitraj Tribunalı iddiaçılar tərəfindən tələb olunan təminat tədbirlərinin əsassızlığı qənaətinə gələrək, bütün göstərilən tələbləri tamamilə rədd edib", - deyə məlumatda bildirilir.
Bundan əlavə, iddiaçılar bu iş üzrə bütün məhkəmə xərclərini ödəməli olacaqlar.
3 iyul 2025-ci ildə Ermənistan Milli Məclisi həbsdə olan iş adamı Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" şirkətini milliləşdirmək hüququnu hökumətə verən qanun qəbul edib.
Sonradan “Liormand Holdings Limited” şirkəti, həmçinin Karapetyanlar ailəsinin üzvləri: Samvel, Eteri, Sarqis və Karen Stokholm Arbitraj Tribunalına müraciət edərək EEŞ-nin lisenziyasının və onun idarə heyətinin səlahiyyətlərinin bərpa edilməsini, həmçinin təyin edilmiş müvəqqəti inzibatçının səlahiyyətlərinə xitam verilməsini tələb ediblər. Bundan əlavə, iddiaçılar EEŞ-nin səhmlərinin və digər aktivlərinin məcburi satılmasına və ya başqasına verilməsinə qadağa qoyulmasını tələb ediblər.
Almaz Həsənli