ABŞ Azərbaycana ilk ikitərəfli biznes missiyası təşkil edir
ABŞ Ticarət Palatası, ABŞ-ın Ticarət Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə Azərbaycana ilk ikitərəfli biznes missiyasını təşkil edir. Tədbir 9-10 fevral tarixlərində Bakıda keçiriləcək.
Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatası məlumat yayıb.
Qeyd olunur ki, iki günlük tədbir çərçivəsində yüksək səviyyəli nümayəndə heyəti ABŞ şirkətlərinin Azərbaycan Hökumətinin rəhbərliyi, dövlət müəssisələri və özəl sektorun əsas oyunçuları ilə birbaşa təmas qurmasını təmin edəcək. Bu təmaslar enerji, müdafiə, kənd təsərrüfatı, rəqəmsal inkişaf, nəqliyyat, səhiyyə, maliyyə və investisiya sahələrini əhatə edəcək.
Qeyd edək ki, 12 dekabr 2025-ci il tarixində Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov ABŞ-a səfəri çərçivəsində Konqresin Nümayəndələr Palatasının və Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüşlər keçirib.
Görüşlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının Energetika üzrə Alt Komitəsinin sədr müavini Maykl Klad və Energetika, Su Təchizatı və Əlaqədar Müəssisələr üzrə Alt Komitəsinin üzvü, respublikaçı Den Nyuhauz ilə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında enerji sahəsində uğurlu əməkdaşlığın yeni mərhələdə inkişaf perspektivləri müzakirə olunub.
Almaz Həsənli








































.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)










.jpg)