Özbəkistanın Surxandərya bölgəsində Əfqanıstandan idxal edilən xam qızılın emalına başlanılıb
Özbəkistanın Surxandərya bölgəsində Əfqanıstandan idxal edilən xam qızılın emalına başlanılıb.
UzA-nın məlumatına görə, əvvəlcə 2,9 milyon dollar dəyərində 20 kiloqram xam qızıl emal üçün göndərilib.
Layihənin regional sənaye potensialının artırılmasında, zərgərlik sənayesinin inkişafında və ixrac həcmlərinin artırılmasında mühüm rol oynayacağı gözlənilir.
Regional Gömrük Administrasiyasının məlumatına görə, regional administrasiya və Gömrük Komitəsi tərəfindən başlanan layihə əvvəllər Əfqanıstandan digər ölkələrə tranzit edilmiş xam qızılın Surxandərya bölgəsinin gömrük ərazisində emalı üçün əlverişli şərait yaradıb. Bu proses yarımfabrikat zərgərlik məmulatlarının istehsalını və onların yüksək əlavə dəyərli məhsullar kimi ixracını əhatə edir.
Bu, həmçinin vahinin investisiya cəlbediciliyinin artırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə və regionda yüksək əlavə dəyər yaradılmasına xidmət edəcək.
Əziz MUSTAFA







































.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)











.jpg)