Qızılın qiyməti yenidən tarixi maksimumunu yenilədi

Qızılın qiyməti yenidən tarixi maksimumunu yenilədi

Bəyəndim (2) Bəyənmədim (0)

Qızılın qiyməti yenidən tarixi maksimumunu yenilədi

Comex birjasında 2026-cı il fevral ayında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək ilk dəfə troy unsiyası üçün 4700 dolları keçib. Oxuməni.az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından irəli gəlir.

Ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 8:49-da qızılın qiyməti troy unsiyası üçün 4700,6 dollar (+2,29%) təşkil edib, Bakı vaxtı ilə saat 9:04-də isə qiymətli metalın dəyəri troy unsiyası üçün 4701,9 dollara (+2,32%) yüksəlib.

Bundan əvvəl Comex birjasında qızılın qiymətlərinin tarixi rekordu yenilədiyi bildirilmişdi. Belə ki, dekabrın 23-də qızılın troy unsiyasının qiyməti 2,57% artaraq 4500,2 dollara (354 min rubl) çatmışdı.

Almaz Həsənli