ABŞ tərəfindən tariflərindən tətbiqindən sonra Avropa dollara dəstəyi zəiflədə bilər
Qrenlandiya böhranı fonunda ABŞ-ın Avropa ölkələrinə qarşı sərt ticarət ritorikası qlobal maliyyə axınlarına və valyuta bazarlarında güc balansına təsir göstərə bilər və avronu gücləndirə bilər. Bu barədə Bloomberg məlumat verib.
ABŞ prezidenti Donald Trampın Avropa hökumətlərinə qarşı ticarət təhdidləri AB ölkələrinin investisiya siyasətlərini yenidən nəzərdən keçirmə ehtimalını artırır. Bu, analitiklərin fikrincə, avronu dəstəkləyə biləcək ABŞ-dakı Avropa aktivlərinin mümkün azalması ilə bağlıdır. Deutsche Bank-ın Valyuta Tədqiqatları üzrə Qlobal Rəhbəri Corc Saravelos bu fikri Bloomberg üçün şərhində bildirib.
Avropa ABŞ-ın ən böyük kreditoru olaraq qalır. Region ölkələri təxminən 8 trilyon dollarlıq ABŞ istiqraz və səhmlərinə sahibdir ki, bu da dünyanın bütün digər ölkələrinin sahib olduğu oxşar aktivlərin ümumi dəyərindən təxminən iki dəfə çoxdur. Bu amil Aİ ilə ABŞ arasında maliyyə münasibətlərini siyasi qərarlara xüsusilə həssas edir.
Saravelosun sözlərinə görə, Qərb alyansının geoiqtisadi sabitliyində ciddi dəyişikliklər nəzərə alınmaqla, Avropa ölkələrinin niyə ABŞ-ın əsas kreditoru rolunu oynamağa davam etməli olduğu aydın deyil.
"Qərb alyansının geoiqtisadi sabitliyi ciddi gərginlik altında olduğundan, avropalıların niyə bu rolu yerinə yetirməyə hazır olduqları aydın deyil. Son günlərin hadisələri dolların yenidən balanslaşdırılmasına daha da töhfə verə bilər", - deyə analitik qeyd edib.
Əlavə amil Qrenlandiya ilə bağlı ABŞ-ın yeni tariflərinə cavab olaraq Avropada artan siyasi konsolidasiya ola bilər. Bu, avronun dollara qarşı potensial təzyiqinin qısamüddətli ola biləcəyini göstərir. Vahid valyuta həftənin əvvəlində ucuzlaşdı, lakin sonradan 0,2% güclənərək 1,1619 dollara satıldı. Bu arada, ABŞ və Avropa fond indeksləri üzrə fyuçerslər azalıb.
Analitik həmçinin vurğuladı ki, ABŞ-ın xalis beynəlxalq investisiya mövqeyinin rekord səviyyədə aşağı olması fonunda Avropa və Amerika maliyyə bazarlarının qarşılıqlı asılılığı ən yüksək səviyyəyə çatıb.
"ABŞ-ın xalis beynəlxalq investisiya mövqeyinin rekord səviyyədə aşağı olması nəzərə alınmaqla, Avropa və Amerika maliyyə bazarlarının qarşılıqlı asılılığı heç vaxt indiki qədər yüksək olmayıb. Bazarlara ən böyük ziyanı ticarət axınları deyil, kapitalın silahlandırılması vura bilər", - deyə o proqnozlaşdırıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə söhbətində bildirib ki, Qrenlandiyada Avropa hərbi yerləşdirilməsinin məqsədi ilə bağlı aldığı məlumatlar səhv ola bilər və bu hal onun ayrı-ayrı ölkələrə tarif tətbiq etmək qərarına təsir edib.
Qeyd etmək lazımdır ki, ABŞ rəsmiləri izah ediblər ki, Qrenlandiyaya diqqət yetirmələri ölkənin uzunmüddətli milli təhlükəsizlik strategiyasının bir hissəsi hesab olunur və Avropa və Arktikadakı hadisələrlə, eləcə də Ukraynada davam edən müharibə ilə birbaşa bağlıdır.
Əziz MUSTAFA





















































































.jpg)


