2025-ci ildə super-zənginlərin sərvəti yeni rekorda imza atıb
2025-ci ildə dünya üzrə milyarderlərin sərvəti 2,5 trilyon ABŞ dolları artaraq yeni rekord səviyyəyə çatıb. Oxuməni.az xəbər verir ki, bu barədə bazar ertəsi dərc olunan illik hesabatında “Oxfam” xeyriyyə təşkilatları birliyi məlumat yayıb.
Sənəd İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (DİF) başlanğıcına təsadüf edir. Təşkilatın hesablamalarına görə, milyarderlərin ümumi sərvəti 2020-ci il mart ayından bəri 81% artaraq 18,3 trilyon dollara tarixi maksimuma çatıb. Oxfam qeyd edir ki, planetin ən varlı adamı İlon Mask dörd saniyə ərzində dünyanın orta illik gəlirinə bərabər məbləğ qazanır.
Hesabatdan isə aydın olur ki, bəşəriyyətin demək olar ki, yarısı yoxsulluq içində yaşayır. Onların payına dünya sərvətinin yalnız 0,52%-i düşür, super-zəngin bir faizin isə 43,8%-i düşür.
Oxfam-ın Almaniya şöbəsinin sədri Şarlotta Bekker (Charlotte Becker) bildirib: "Biz milyarderlər dövründə yaşayırıq – və bu, dünya üçün pis xəbərdir". Onun sözlərinə görə, super-zənginlərin iqtisadi gücünün siyasi təsirə çevrilməsi, demokratiyanı dağıtması xüsusilə narahatlıq doğurur.
Bekker əlavə edib ki, bu proses və onun bütün dünya üçün mənfi nəticələri ABŞ prezidenti Donald Trampın nümunəsində yaxşı görünür, "onun varlıların maraqlarına xidmət edən siyasəti qeyri-bərabərliyi körükləyir".
Oxfam-ın illik hesabatında qeyd olunur ki, Almaniya hazırda dünyada milyarderlərin sayına görə dördüncü yerdədir. 2025-ci ildə onların sayı üçdə bir artmışdır: Oxfam Almaniyada 172 milyarder saymışdır.
Almaz Həsənli

































































.jpg)
.jpg)
.jpg)













.jpg)


