Qızıl və gümüşün qiymətləri tarixi maksimuma yüksəldi

Qızıl və gümüşün qiymətləri tarixi maksimuma yüksəldi

Bəyəndim (3) Bəyənmədim (0)


ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyinə görə Almaniya və daha yeddi Avropa ölkəsinə qarşı 10 faizlik ticarət rüsumlarının tətbiqi ilə bağlı yeni bəyanatlarından sonra qızıl və gümüşün dünya qiymətləri yeni maksimumlara çatıb.
Oxuməni.az xəbər verir ki, bazar ertəsi səhər, Asiya fond bazarlarında birja həftəsi başladıqdan sonra, sarsıntı dövrlərində əsas aktiv olan qızılın qiyməti 4690,59 dollara, gümüşün qiyməti isə 94,12 dollara çatıb.
Eyni zamanda, ticarət müharibəsinin başlaya biləcəyi ilə bağlı yeni narahatlıqlar fonunda əksər fond bazarları düşüb. Yaponiyanın Nikkei indeksi 1,4%, Yaponiyadan kənarda Asiya-Sakit okean regionunun ən geniş MSCI səhm indeksi isə 0,3% azalıb.
Dolların məzənnəsi yen və İsveçrə frankına nisbətdə düşüb, avro və funt sterlinq isə bahalaşıb, neftin qiymətləri isə əvvəlki səviyyədə qalıb.
Almaz Həsənli