“Nvidia” yaddaş qıtlığı səbəbindən 16 GB-lıq video kartlardan imtina edir
“Nvidia”, GeForce RTX 50 seriyasının tədarük prioritetlərini dəyişir və 16 GB yaddaşlı modellərdən imtina edərək, eyni zamanda daha əlçatan versiyaları bazara çıxarır.Bu barədə Oxuməni.az “Unian.net”ə istinadla xəbər verir.
Xüsusilə, şirkət artıq RTX 5060 Ti (16 GB) və RTX 5070 Ti modellərinin tədarük həcmini azaldıb, güclərini RTX 5060 və RTX 5060 Ti (8 GB) modellərinə yönəldib. GDDR7 video yaddaş çiplərinin qiymətlərinin artması və qıtlığı fonunda “Nvidia” -nın siyasəti belədir:
Əgər video kart 8 GB və 16 GB versiyalarda mövcuddursa (məsələn, RTX 5060 Ti), tədarükdə 8 GB-lıq variant üstünlük təşkil edəcək.
Əgər RTX 5060 və RTX 5060 Ti eyni yaddaş xüsusiyyətlərinə (8 GB) malikdirsə, RTX 5060 Ti daha yüksək model olduğu üçün göndərmələrdə üstünlük veriləcək.
Əgər bir neçə model 16 GB yaddaşla təchiz olunubsa (RTX 5060 Ti, RTX 5070 Ti və RTX 5080), tədarükdə RTX 5080-ə üstünlük veriləcək.
Ümumilikdə, bu, video kart istehsalçılarının ən az gəlirli versiyaların istehsalını azaltmağa çalışdıqlarına dair əvvəlki məlumatlara uyğundur. Sadə desək, yaddaş qıtlığı şəraitində “Nvidia” -ya "büdcəli" modelləri qurban verərək, daha bahalı modellər üçün böyük həcmdə VRAM ayırmaq daha sərfəlidir.
Hesabatda həmçinin iddia edilir ki, mövcud bazar vəziyyəti nəzərə alındıqda, video kartların qiymət artımı gələn rüb də davam edəcək. Bu, təkcə flaqman deyil, həm də daha əlçatan modellərə də təsir edəcək.
Daha əvvəl KİV-də oyunçulara artırılmış VRAM həcmi təklif etməli olan GeForce RTX 50 Super video kartlarının ləğvi barədə məlumatlar yayılmışdı. Şirkət proqram təminatına fokuslanacaq və artıq buraxılmış modellər vasitəsilə bazarda rəqabəti davam etdirəcək.
Almaz Həsənli

































.jpg)
.jpg)
.jpg)








.jpg)







































