Ermənistan Rusiyadan Azərbaycan və Türkiyəyə dəmir yollarının bərpasını istəyib
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Moskvaya Türkiyə və Azərbaycan arasında, Ermənistan ərazisindən keçən dəmir yolunun bərpa olunması ilə bağlı sualla müraciət edib. Bu barədə TASS xəbər verib.
O qeyd edib ki, bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib. Bundan əlavə, siyasətçi bildirib ki, Ermənistanın baş nazirinin müavini Rusiya Hökuməti sədrinin müavini ilə müvafiq danışıqlar aparmaq imkanına malik olub.
"Müvafiq vaxt indi, və bizim istəyimiz bunun indi edilməsidir. Proseslər gedir, hansı ki, sizə məlumat veriləcək, və bu proseslər bunun mümkün qədər tez edilməsini nəzərdə tutur. Biz Rusiyadan olan tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar qəbul etmələrini xahiş edirik", - deyə o bildirib.
Almaz Həsənli





















.jpg)










































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)











.jpg)










