ABŞ Venesuela neftinin 500 milyon dollarlıq ilk partiyasını satıb
ABŞ Venesueladan ümumi dəyəri 500 milyon dollar olan ilk neft partiyasının satışına dair razılaşmanı yekunlaşdırıb. Bu barədə çərşənbə günü “Semafor” mənbələrə istinadən məlumat yayıb.
Bu vəsaitlərin saxlanıldığı əsas hesablar Qətərdə yerləşir. Nəşrin məlumatına görə, onların hamısı ABŞ administrasiyasının nəzarətindədir.
Söhbət ümumilikdə 50 milyon barel neftin satışından gedir – bu, Vaşinqtonun Venesuela sahillərində blokada tətbiq etməsindən sonra qalan neftdir.
Daha əvvəl ABŞ hakimiyyəti Venesuela neftinin ticarəti ilə əlaqəli daha bir neçə onlarla neft tankerinin müsadirə edilməsi üçün məhkəməyə müraciət etmişdi.
Yanvarın 10-da dövlət başçısı Donald Tramp Venesuela neftinin satışından əldə edilən gəlirlərin qorunması nəzərdə tutulan fərman imzalayıb.
Bundan əlavə, siyasətçi bəyan edib ki, Ştatlar Rusiyaya və Çinə neft satmağa hazırdır. Onun sözlərinə görə, Ağ Ev "demək olar ki, dərhal işə hazır olacaq".
Almaz Həsənli



















.jpg)










































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)











.jpg)












