Labubu istehsalçısı uşaq əməyindən istifadə etməkdə ittiham olunur
Populyar Labubu oyuncaqlarını istehsal edən Çin fabrikində ciddi əmək hüquqları pozuntuları aşkar edilib.
Oxuməni.az-ın xəbərinə görə, bu barədə “The Guardian”, insan hüquqları təşkilatı “China Labor Watch” (CLW) tərəfindən Szyansi əyalətindəki “Shunjia Toys” müəssisəsi barədə aparılan araşdırmalara istinadən məlumat yayıb.
Qeyri-hökumət təşkilatının məlumatına görə, fabrikdə Çin qanunvericiliyində nəzərdə tutulmuş xüsusi şərait və məhdudiyyətlər olmadan 16-17 yaşlı yeniyetmələr çalışır. Onlar adi istehsal xətlərinə, böyüklərlə eyni istehsal normaları ilə yerləşdiriliblər. Bundan əlavə, işçilərin iş şəraitini, əməkhaqqını və müqavilə müddətlərini bilmədən boş əmək müqavilələri imzaladıqları iddia edilir.
Araşdırma bir neçə ay davam edib, bu müddət ərzində insan hüquqları müdafiəçiləri 50-dən çox işçi ilə söhbət aparıb. Onların sözlərinə görə, oyuncaqlara olan yüksək tələbat səbəbindən istehsal normaları artırılıb və qanunla icazə verilən 36 saatdan (bəzi hallarda 100 saata qədər) artıq işləmə halları olub.
Labubu, “Pop Mart” şirkətinin ən uğurlu məhsullarından biridir. 2025-ci ilin ilk yarısında bu xətt istehsalçıya milyardlarla yuan gətirib. Qeyri-hökumət təşkilatının iddialarına cavab olaraq, şirkətin özü təchizatçıları mütəmadi olaraq yoxladıqlarını və artıq araşdırmada qeyd olunan faktları yoxlamağa başladıqlarını bildirib. “Pop Mart” üçün müqavilə əsasında Labubu oyuncaqları istehsal edən “Shunjia Toys” fabrikinin nümayəndələri “The Guardian” jurnalistlərinin sorğularına cavab verməyiblər.
Almaz Həsənli















.jpg)
.jpg)
.jpg)




































.jpg)
.jpg)
.jpg)






















.jpg)










