Çində ilk dəfə olaraq sərnişin daşıyan polis dronu istifadəyə verilib

Çində ilk dəfə olaraq sərnişin daşıyan polis dronu istifadəyə verilib

Bəyəndim (4) Bəyənmədim (0)


Quançjou şəhərinin (Quandun əyaləti) Xuanpu rayonunda polis yeni EH216S model pilotsuz uçuş aparatından istifadə etməyə başlayıb. Bu, Çində ictimai təhlükəsizlik orqanları sistemində rəsmi olaraq silahlanmaya qəbul edilən və uçuşa yararlılıq sertifikatı alan ilk belə aparatdır. Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə "Jenmin jıbao" xəbər verib.


Elektrikli şaquli eniş-qalxma aparatı 8 oxlu və 16 daşıyıcı vintə malik güc qurğusu ilə təchiz edilib. O, iki nəfəri 30 kilometrə qədər məsafəyə, maksimal 130 km/saat sürətlə daşıya bilər. Aparatın maksimal qalxma çəkisi 650 kiloqramdır.
Polis dronu insan müdaxiləsi olmadan əvvəlcədən təyin edilmiş marşrut üzrə uçur ki, bu da polis əməliyyatlarını daha çevik və effektiv edir.

Almaz Həsənli