İrəvan Azərbaycandan Ermənistana ikinci partiya neft məhsullarının gətirilməsi barədə məlumatı təsdiqləyib

İrəvan Azərbaycandan Ermənistana ikinci partiya neft məhsullarının gətirilməsi barədə məlumatı təsdiqləyib

8 Yanvar 13:34
Bəyəndim (2) Bəyənmədim (0)


Ermənistan İqtisadiyyat Nazirliyi Azərbaycan mətbuatında yayılan, Azərbaycandan Ermənistana ikinci neft məhsulları partiyasının gətirilməsi barədə məlumatı təsdiqləyib.
Oxuməni.az-ın xəbərinə görə, "Armenpress"in sorğusuna cavab olaraq Ermənistan Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat katibi Lilit Şaboyan Azərbaycan mətbuatında yayılan məlumatı təsdiqləyib, lakin əlavə təfərrüat verməyib.
Yanvarın 7-də Azərbaycan mətbuatı Bakının yanvarın 8-də Ermənistana daha böyük bir neft məhsulları partiyası göndərəcəyi barədə məlumat yayıb. Qeyd olunub ki, bu dəfə 1000 ton A92 markalı benzin, eyni miqdarda dizel yanacağı və 1800 ton A95 markalı benzin daşınması planlaşdırılır.
Qeyd etmək lazımdır ki, Azərbaycandan Ermənistana ilk neft məhsulları idxalı 2025-ci ilin sonlarında baş tutub. Dekabrın 19-da "Ayrum" dəmir yolu stansiyasına Gürcüstan ərazisindən keçərək Azərbaycandan Ermənistana gələn Azərbaycan benzini olan qatar daxil olub. Qatarda 22 vaqonda 1218 ton A-95 markalı benzin olub.
Almaz Həsənli