Trampla Zelenskinin danışıqlarından sonra neft bahalaşıb
Neft qiymətləri, investorların ABŞ və Ukrayna prezidentləri arasında müharibəyə son qoymaq üçün mümkün razılaşma ilə bağlı danışıqların nəticələrini, eləcə də Yaxın Şərqdəki tədarükə təhlükə yarada biləcək gərginliyi qiymətləndirdiyi bir vaxtda yüksəlib.
Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Brent markalı neftin fyuçersləri 63 sent, yaxud 1,04% artaraq bareli 61,27 dollara, ABŞ-ın WTI markalı nefti isə 58 sent, yaxud 1,02% artaraq bareli 57,32 dollara yüksəlib.
Hər iki markanın qiymətləri cümə günü 2%-dən çox ucuzlaşmışdı, çünki investorlar qlobal neft təklifinin artması təhlükəsini və Ukrayna ilə bağlı sülh razılığı perspektivini qiymətləndirirdilər. Bu, Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında danışıqların planlaşdırıldığı həftəsonundan əvvəl baş vermişdi.
Qiymətlərin artmasının digər bir səbəbi isə geosiyasi gərginliyin yüksək qalmasıdır. “Haitong Futures” şirkətinin analitiki Yan An bildirib ki, həftəsonu Rusiya və Ukrayna bir-birinin enerji infrastrukturuna zərbələr endirməyə davam ediblər.
"Yaxın Şərqdə də vəziyyət qeyri-sabitdir: Səudiyyə Ərəbistanı Yəməndə aviazərbələr endirir, İran isə ABŞ, Avropa və İsraillə "tammiqyaslı müharibədə" olduğunu bəyan edir. Bu, bazarın tədarüklərin mümkün pozulması ilə bağlı narahatlığını artıra bilər", - deyə o əlavə edib.
IG analitiki Toni Saymorun fikrincə, WTI markalı neftin qiyməti 55-60 dollar aralığında ticarət olunacaq. Bazar həmçinin ABŞ-ın Venesuela neft tədarüklərinə tətbiq etdiyi "karantin"in necə icra olunacağını və Nigeriyada İŞİD hədəflərinə qarşı ABŞ-ın zərbələrinin nəticələrini izləyəcək. Nigeriya gündəlik təxminən 1,5 milyon barel neft istehsal edir.
Almaz Həsənli




















.jpg)














.jpg)
.jpg)
.jpg)
















































