AB liderləri cümə günü Ukraynanın maliyyələşdirilməsi ilə bağlı qərara gələcəklər
AB liderləri Rusiya işğalına qarşı mübarizəni davam etdirmək üçün 2026 və 2027-ci illərdə Ukraynanın necə maliyyələşdiriləcəyi barədə yaxın günlərdə qərar verməyi planlaşdırırlar. Maliyyələşdirmə proqramının razılaşdırılması və cümə günü elan edilməsi planlaşdırılır. Bu barədə Reuters məlumat verib.
Agentliyin mənbələrinə görə, əsas seçim AB-də dondurulmuş Rusiya aktivlərinin istifadəsidir, lakin onun həyata keçirilməsi Belçikanın qeyri-müəyyən təsdiqindən asılıdır. Buna görə də, diplomatlar Ukraynanın maliyyələşdirilməsi üçün bir həll yolu tapılacağını vurğulayaraq, cümə axşamı liderlər arasında danışıqların zəmanətlərin əhatə dairəsinin bütün AB ölkələri üçün məqbul olan bir formaya qədər daraldılmasına yönələcəyini bildiriblər.
"Bu, cümə günü dağılışıb təklif edə biləcəyimiz heç bir şey olmayan Avropa Şurası deyil. Buna görə də, cümə səhəri həll yolu tapılacaq", - deyə Aİ-nin yüksək vəzifəli diplomatı bildirib.
Onun sözlərinə görə, əgər Aİ ölkələri 2026 və 2027-ci illərdə Ukraynanı necə maliyyələşdirmək sualına cavab tapa bilməsələr, Avropa Ukraynaya özünü müdafiə etmək imkanı verməyəcək və bu, bütün Avropanın təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb olacaq.
Əziz MUSTAFA
























































.jpg)



.jpg)




























