Bu gün Azərbaycandan ilk dəfə olaraq Gürcüstan vasitəsilə Ermənistana yanacaq göndəriləcək
Bu gün Azərbaycandan Ermənistana ilk dəfə olaraq AI-95 markalı benzin yüklü dəmir yolu qatarı göndəriləcək. Oxuməni.az bu barədə “Vestnik Kavkaza”-a istinadən xəbər verir.
Bakıda artıq 22 vaqon-sisternadan ibarət, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Neft Emalı Zavodunda (NEZ) Ermənistanın ehtiyacları üçün istehsal etdiyi yüksək keyfiyyətli AI-95 markalı benzinlə doldurulmuş yük qatarı hazırdır.
Bu gün qatar, 28 noyabrda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan arasında Qəbələ şəhərində keçirilən görüşdə əldə edilmiş razılaşmalara uyğun olaraq Gürcüstan vasitəsilə Ermənistana yola düşəcək.
Hələlik Azərbaycan neft məhsullarının Ermənistana ixracı tamamilə kommersiya xarakteri daşıyır və Azərbaycan benzini ölkədə beynəlxalq bazar qiymətləri ilə satılacaq.
Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yolları bu dəfə Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə Ermənistana yanacağın tranzitini pulsuz həyata keçirəcək.
Almaz Həsənli
























































.jpg)



.jpg)




























