SOCAR Dəməşq Beynəlxalq Hava Limanını yanacaqla təchiz edəcək

SOCAR Dəməşq Beynəlxalq Hava Limanını yanacaqla təchiz edəcək

Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Qətərin UCC Holdinqi Dəməşq Beynəlxalq Hava Limanına yanacaq tədarükü ilə bağlı Anlaşma Memorandumu (ANM) imzalayıblar.Bu barədə Oxuməni.az “Yeni Şafak”a istinadla xəbər verir.
Sənədə əsasən, tərəflər Dəməşq Beynəlxalq Hava Limanına aviasiya yanacağı tədarük edəcək və lazımi infrastrukturu təmin edəcək birgə müəssisə yaratmağı planlaşdırırlar. Bu birgə müəssisənin bir hissəsi olaraq, SOCAR yanacaq tədarükü əməliyyatlarının texniki dəstəyinə və vaxtında çatdırılmasının təmin edilməsinə cavabdeh olacaq.
6 sentyabrda SOCAR və UCC Holdinq Suriya və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumları (ANM) imzalayıblar.
Almaz Həsənli