Rusiya Mərkəzi Bankı beynəlxalq pul əməliyyatlarına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını elan edib
Rusiya Mərkəzi Bankı dekabrın 8-dən etibarən Rusiya və dost ölkələrin vətəndaşları üçün xaricə pul köçürmələrinə qoyulan məhdudiyyətləri aradan qaldırır.
Oxuməni.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Mərkəzi Bankı məlumat yayıb.
Limitlər valyuta bazarında sabit vəziyyət fonunda ləğv edilir.
"Valyuta bazarında sabit vəziyyəti nəzərə alaraq, Rusiya Mərkəzi Bankı dekabrın 8-dən etibarən Rusiya vətəndaşları və dost ölkələrdən olan fiziki şəxs-qeyri-rezidentlər üçün xaricə xarici valyuta köçürmələrinə qoyulan əvvəlki limitləri ləğv edir", - deyə Rusiya Bankı dəqiqləşdirib.
2026-cı il iyunun 7-dək ölkədə mövcud məhdudiyyətlər qüvvədə qalır: Rusiyada işləyən düşmən ölkələrdən olan qeyri-rezidentlər əmək haqqı məbləğində vəsaitləri xaricə köçürə bilərlər, işləməyən fiziki və hüquqi şəxslər üçün isə xaricə vəsait köçürməyə qadağa qoyulub. Qadağalar Rusiya maliyyə bazarına sərmayə qoyan xarici investorlara vəsait köçürmə əməliyyatlarına şamil edilmir, deyə Rusiya Federasiyası Mərkəzi Bankı dəqiqləşdirib.
Rusiya Federasiyası Mərkəzi Bankında xaricə rubl köçürmələrinə məhdudiyyətlər 2023-cü ildə müzakirə olunmağa başlanılıb. Tədbir valyuta bazarında dəyişkənliyi azaltmaq üçün təklif olunurdu. Qəbul edilmiş təşəbbüs 2024-cü ildə yarım il müddətinə uzadılması qərara alınıb. Məhdudiyyətlər 2025-ci il oktyabrın 1-dən martın 31-dək qüvvədə olub.
Bu ilin sentyabrında deputatlar əmək miqrantlarının xaricə pul köçürmələrinin məbləğini onların aylıq əmək haqqı ilə məhdudlaşdırmağı təklif edən təşəbbüslə çıxış ediblər. Layihənin müəlliflərinin sözlərinə görə, 2023-cü ildə miqrantların vətənlərinə pul köçürmələrinin həcmi 18 milyard ABŞ dollarını keçib. Qanun layihəsi mənbəyi sənədləşdirilə bilməyən vəsaitlərin xaricə göndərilməsinin qarşısını almağa çağırılıb.
Almaz Həsənli



























.jpg)































































