Suriya Mərkəzi Bankı ilk SWIFT mesajını göndərdi

Suriya Mərkəzi Bankı ilk SWIFT mesajını göndərdi

Bəyəndim (0) Bəyənmədim (0)


Suriya Mərkəzi Bankı qlobal maliyyə sistemi ilə yenidən əlaqə qurmaq üçün ilk addımı atdı.
Mərkəzi Bankın sədri Əbdülqadir Xüsriyə “Reuters” agentliyinə bildirib ki, 20 noyabrda bank ilk SWIFT mesajını Nyu-York Federal Ehtiyat Bankına göndərib.
"Bütün beynəlxalq müxbir banklarımıza xoş gəlmisiniz mesajı göndərdik. Biz Federal Ehtiyatdan başladıq. Onlara deyirik ki... beynəlxalq maliyyə sisteminə qayıtmışıq və uzunmüddətli işgüzar münasibətləri səbirsizliklə gözləyirik", - Xüsriyə bildirib.
Dəməşq Qərb maliyyə kanallarına çıxışı bərpa etməyə çalışır, çünki ölkənin müharibədən zərər çəkmiş iqtisadiyyatını yenidən başlatmaq üçün beynəlxalq köçürmələrə və böyük investisiyalara ehtiyacı var. SWIFT-dən tam istifadənin bərpası gələcək bərpa proqramının əsas elementi kimi qəbul edilir.
Almaz Həsənli