“Volkswagen” 1 milyard avrodan çox gəlir itirib

“Volkswagen” 1 milyard avrodan çox gəlir itirib

31 Oktyabr 10:33
Bəyəndim (4) Bəyənmədim (0)


Alman avtomobil nəhəngi “Volkswagen” üçüncü rübdə 1,072 milyard avro xalis mənfəət itirib.
Oxuməni.az-ın məlumatına görə, şirkətin mətbuat xidməti bu barədə məlumat verib.
Qeyd olunur ki, avtomobil nəhənginin 2025-ci ilin ilk doqquz ayı ərzində ümumi mənfəəti 60%-dən çox azalaraq 3,4 milyard avroya düşüb. Azalmanın səbəbləri kimi “Porsche” və ABŞ tariflərindəki böhran göstərilir.
Bu arada, “Volkswagen”-in əsas brendi on minlərlə iş yerinin ləğvini əhatə edən xərclərin azaldılması proqramı sayəsində performansını yaxşılaşdırıb. Şirkətin ilk doqquz ayda satış üzrə əməliyyat mənfəəti 2,3%-ə yüksəlib.
Üçüncü rübdə qrupun bütün brendləri üzrə ümumilikdə 2,2 milyon avtomobil satılıb.
Əvvəllər bildirilirdi ki, “Volkswagen” gələn həftənin əvvəlində əsas zavodlarında bir neçə əsas modelin istehsalını dayandıra bilər. Qərb mediasının xəbərlərində deyilir ki, səbəb ABŞ və Çin arasında ticarət müharibəsinin yaratdığı yarımkeçiricilərin çatışmazlığıdır. Bundan əlavə, konsern 11 milyard avroluq maliyyə boşluğu aşkar edib və bu boşluğu bizneslərini satmaqla bağlamağı planlaşdırır.
Almaz Həsənli