Telman İsmayılovun oğulları Rusiyanın ən zəngin varisləridir
Azərbaycanlı milyarderin uşaqları Rusiyanın ən zəngin varislərindəndir Rusiyanın "Dojd" telekanalının ekspertləri "Qızıl uşaqlar. Rusiyanın milyarder varislərinin TOP-10luğu" reytinqini hazırlayıblar. Oxumeni.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu siyahıya azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılovun övladları da daxil olublar. İş adamının varisləri siyahıda 9-cu yeri tutublar. "Dojd" telekanalı onları belə təqdim edib: "Sərxan və Әləkbər İsmayılov qardaşları. Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun oğulları. İsveçrədə təhsil alsalar da, qalmaqallı avtoqəzadan sonra Avropanı tərk etməli oldular. O zaman qardaşların idman avtomobilləri ilə törətdikləri qəzada 70 yaşlı alman xəsarət almışdı. Bu hadisədən sonra İsmayılovlar Türkiyəyə, atalarının yanına qayıtdılar. Bəzi məlumatlara görə, Sərxan İsmayılov 2010-cu ildən "Terek" futbol klubunda rəhbər vəzifələrdən birini tutur".
O.M.


























































.jpg)
.jpg)
.jpg)

































