Paşinyan: Ermənistan şampan və ya konyak istehsal edə bilməz
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumət iclasında bildirib ki, Ermənistan konyakı və ya şampan şərabı deyilən bir şey yoxdur.
Oxuməni.az-ın məlumatına görə, bu barədə Ermənistan mediası məlumat yayıb.
O, hökumət iclasında bildirib: "Əzizlərim, Dilijan “Jermuk”u kimi, Ermənistan konyakı da ola bilməz."
"Konyak yalnız Fransanın Konyak bölgəsində yetişdirilən üzümdən istehsal edilə bilər. Ermənistanda konyak istehsal edilə bilməyəcəyi barədə verdiyim açıqlama məni milli köklərimizdən daha da uzaqlaşmaqda ittiham etməyə əsas verir.
Bunu bilməliyik: konyak yalnız Fransanın Konyak bölgəsində yetişdirilən üzümdən istehsal edilə bilər. Ermənistanda şampan ola bilməz, çünki şampan yalnız Fransanın Şampan bölgəsində yetişdirilən üzümdən istehsal olunur", Paşinyan bildirib.
2023-cü ilin noyabr ayında Ermənistanın İqtisadiyyat Nazirliyi Ermənistan tərəfinin Aİ tərəfdaşları ilə birlikdə müəyyən keyfiyyətə cavab verən konyak istehsalı üçün marka və coğrafi göstərici barədə razılığa gəldiyini açıqlayıb. Nazirlik bildirib ki, əsas brendinq şirkətləri ilə müzakirələrdən sonra məhsulun " Armenian brandy” (Ermənistan brendisi) coğrafi göstəricisi altında təşviq edilməsi qərara alınıb. Fevral ayının sonlarında Avropa Birliyi tərəfindən dəstəklənən Ermənistan konyak məhsulları üçün " Armenian brandy" adının təşviqi proqramına başlanılıb.
Almaz Həsənli





























































































