
Qızılın qiyməti yeni rekorda imza atıb
Qızıl cümə günü bir unsiya (31,1 qram) üçün 4300 dolları ötərək yeni rekorda imza atdı və son 17 ildən çox müddətdə ən yaxşı həftəsinə çatmaq üzrədir. Oxuməni.az xəbər verir ki, ABŞ-ın regional bankları arasında qeyri-sabitlik əlamətləri, qlobal ticarət gərginliyi və faiz dərəcələrinin daha da azaldılması gözləntiləri fonunda investorlar təhlükəsiz aktivə axın edib.
Spot qızıl 0,9% artaraq bir unsiya üçün əvvəllki yeni rekorda (4,378,69 dollar) çatdıqdan sonra 4,362,39 dollara qədər yüksəlib. ABŞ-ın dekabr ayı üzrə qızıl fyuçersləri 1,7% artaraq 4,375,50 dollara çatıb. Qızıl həftənin əvvəlindən təxminən 8,6% bahalaşaraq, 2008-ci ilin sentyabrından bəri ən yaxşı həftəlik göstəricisini qeyd edib. Hər sessiya bu həftə yeni rekorda imza atıb, “Reuters” xəbər verir.
Gümüş də bahalaşır: spot qiymət 0,3% artaraq bir unsiya üçün 54,41 dollar olub. Həftəlik 8.2% artım gözlənilir. Ticarət zamanı gümüş, qızıl bazarının ümumi artımı və qısa mövqelərə olan təzyiq nəticəsində 54.35 dollarla tarixi maksimum həddə çatdı.
“KCM Trade”-nin baş bazar strateqi Tim Uoterer deyib: "Bir unsiya üçün 4500 dollara gözləniləndən tez çatmaq olar, lakin çox şey ABŞ-Çin ticarət əlaqələri və hökumətin bağlanması təhlükəsi ilə bağlı narahatlıqların bazarda nə qədər davam edəcəyindən asılı olacaq".
Almaz Həsənli