Turistlər Qəbələyə axışır...
"EL TV" xəbər verir ki, bayram ərəfəsində Qəbələyə gələn turistlərin sayında artım müşahidə olunub. Rayon ərazisində yerləşən 14 istirahət mərkəzi bayram günlərində yerli və xarici turistlərə xidmət göstərib. Buraya üz tutan turistlər təkcə rayon
mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağ kəndlərinə gedərək buranın təmiz havasını qəbul etməyi də unutmayıblar. Novruzu Qəbələdə qarşılayanlar əsasən yerli turistlər olsa da, onların arasında Türkiyədən gələnlər də var.
Turizim sahəsində çalışanların sözlərinə görə, 2012-ci il Qəbələ rayonunda turizm sektoru üçün ən uğurlu il olub. Belə ki, hər il turist artımı müşahidə olan Qəbələyə ötən il gələnlərin sayı 50 000 nəfərə çatıb. Ən diqqətçəkən məqam isə odur ki, bunların əksəriyyəti əcnəbilərdir. Bunun da nəticəsi olaraq, turistlərin yüksək səviyyədə istirahətini təmin etmək hər cür şərait yaradılıb və xidmətin səviyyəsi yüksəldilib. Elə rayonda fəaliyyət göstərən otellərin nümayəndələri də builki vəziyyətdən məmnundurlar.
Qeyd edək ki, gözəl təbiəti olan Qəbələ rayonu son illər bir çox beynəlxalq tədbirlərə və musiqi festivallarına da ev sahibliyi edib. Məhz bu addımların özü də turistlərin rayona axınını gücləndirən amillərdəndir.
O.M.
































































.jpg)
.jpg)
.jpg)





















