Azərbaycanın xarici borcu ötən il 18,2% artıb
Azərbaycan dövlətinin xarici borcu 2012-ci ildə $883 mln və ya 18,2% artaraq, rekord həddə - $5,708 mlrd-a çatıb. Hökumətin hesabatında qeyd olunur ki, ötən il dövlət təminatı ilə Azərbaycan hökuməti və beynəlxalq maliyyə-kredit qurumları arasında 8 kredit müqaviləsi bağlanılıb. Azərbaycan dövləti ümumilikdə $1405,72 mln məbləğ kredit almaq haqda razılığa gəlib. Çexiya bank konsorsiumu $540,21 mln, Asiya inkişaf bankı $500 mln, İslam inkişaf bankı $200,05 mln, Almaniya inkişaf bankı $135,46 mln və Dünya bankı $30 mln məbləğində müxtəlif layihələrin maliyyələşdirilməsi üçün Azərbaycana kredit ayıracaq. Ötən ilin sonuna olan nəticələrə görə, Azərbaycan iqtisadiyyatına ümumilikdə $11,743 mlrd kredit cəlb olunub. Ayrılmış məbləğdən 2012-ci ildə $1,246 mlrd, ümumən isə $6,899 mlrd artıq xərclənib. 01.01.13 tarixinə Azərbaycan hökuməti ümumi dövlət borcunun əsas məbləğindən $1,190 mlrd-ını ödəyib.
Bu il yanvarın 1-nə olan digər statistik məlumata görə, Azərbaycan əhalisinin sayı ötən il 121,1 nəfər artaraq 9, 3565 mln nəfərə çatıb. Bu isə o deməkdir ki, Azərbaycanda hər doğulan uşaq 610 min 50 manat borla dünyaya gəlir. Yəni hər birimizin bu qədər borcu var.
O.M.




























.jpg)
.jpg)
.jpg)






















.jpg)





































