İlon Mask ChatGPT-nin iPhone-lara inteqrasiyasına görə Apple və OpenAI-i məhkəməyə verib

İlon Mask ChatGPT-nin iPhone-lara inteqrasiyasına görə Apple və OpenAI-i məhkəməyə verib

Bəyəndim (2) Bəyənmədim (0)



Biznesmen İlon Maskın şirkətləri X və xAI Texasda OpenAI (ChatGPT chatbotunun yaradıcısı) və Apple-a qarşı iddia qaldırıblar. Bu barədə “Bloomberg” xəbər verir.
İlon Maskın vəkilləri iddiada bildiriblər ki, Apple və OpenAI arasındakı eksklüzivlik müqaviləsi ChatGPT-ni iPhone-lara inteqrasiya olunmuş yeganə chatbot edib. İddia ərizəsində deyilir ki, bu qərar süni intellektdə rəqabəti və innovasiyanı boğur və istehlakçıları seçim hüququndan məhrum edərək zərər verir. Maskın şirkətləri milyardlarla dollar təzminat tələb edir.
OpenAI-nin nümayəndəsi “Bloomberg”-ə bildirib ki, iddia “Maskın davam edən təqib nümunəsinə uyğundur”. Apple iddia ilə bağlı şərh verməyib.
Apple 2024-cü ildə OpenAI ilə iOS 18-də qurulmuş fərdiləşdirilmiş süni intellekt sistemi olan ChatGPT-ni Apple Intelligence-ə əlavə edəcək bir müqavilə bağladı. Apple-ın baş vitse-prezidenti Eddi Kyu 2025-ci ilin mayında müqavilənin eksklüziv olmadığını söylədi. Onun sözlərinə görə, Apple istəsə, digər süni intellekt proqramlarını və ya xüsusiyyətlərini inteqrasiya edə bilər.
“Bloomberg”-in qeyd etdiyi kimi, İlon Mask çoxdan OpenAI rəhbəri Sem Altmanla düşmənçilik edir.Hər iki iş adamı 2015-ci ildə OpenAI-nin yaradılmasında iştirak edib, lakin fikir ayrılıqlarına görə Mask 2018-ci ildə OpenAI direktorlar şurasını tərk edib. Həmin vaxt Mask mümkün maraqların toqquşmasını qeyd edib.
Avqustun 11-də İlon Mask X sosial şəbəkəsində bildirib ki, OpenAI-dan başqa heç bir AI şirkəti App Store-da birinci yerə çıxa bilmədiyi üçün Apple antiinhisar qanunlarını pozur. Sem Altman cavab verib ki, Mask “X-i öz xeyrinə və şirkətlərinin üstünlüyü üçün manipulyasiya edir, eyni zamanda rəqiblərinə və bəyənmədiyi insanlara zərər verir” deyə eşitmişəm.
İlon Maskın xAI şirkəti “Grok” adlı öz chatbotunu inkişaf etdirir.
Almaz Həsənli