Трамп ABŞ-a idxal olunan qızıla görə rüsumları ləğv etdi

Трамп ABŞ-a idxal olunan qızıla görə rüsumları ləğv etdi

12 Avqust 10:45
Bəyəndim (5) Bəyənmədim (0)


Amerika Birləşmiş Ştatları ölkəyə idxal edilən qızıla rüsum tətbiq etməyəcək. Bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində məlumat verib.
"Qızıl rüsumlara tabe olmayacaq", - Ağ Evin rəhbəri yazıb.
Tramp bu qərarının səbəblərini açıqlamayıb.
“Financial Times” avqustun 8-də ABŞ-ın qızıla gömrük rüsumunun tətbiqi barədə məlumat yayıb. Onun sözlərinə görə, qərar 1 kq və 100 unsiya çəkisi olan qızıl külçələrinə aiddir. Mütəxəssislər İsveçrə emalçıları üçün marjanın azalması, tədarük zəncirlərinin mümkün yenidən nəzərdən keçirilməsi və qlobal qiymətli metallar bazarına təzyiq riskini proqnozlaşdırıblar.
Almaz Həsənli