
Volkswagen və SAIC Çinin Nankin şəhərindəki zavodunu bağlayacaq
Almaniyanın Volkswagen və Çinin SAIC şirkətləri Nankindəki birgə müəssisə zavodunu bağlayacaqlar, Handelsblatt məlumatlı mənbələrə istinadən xəbər verir.
Zavodda istehsal artıq dayandırılıb. İlin ikinci yarısında tədricən bağlanacaq.
"Biz Nankinqdəki SVW zavodunun istehsalı dayandırdığını təsdiqləyə bilərik", - Volkswagen nümayəndəsi Reuters agentliyinə bildirib. Onun sözlərinə görə, birgə müəssisənin bir çox sahələri elektromobillərin istehsalına çevrilib və ya çevrilməkdədir.
Agentlik 2024-cü ilin sentyabrında mənbəyə istinadən məlumat verdi ki, VW Nankinqdəki zavodda istehsalı dayandırmağı planlaşdırır. Mənbə qeyd edib ki, Passat ailəsinin avtomobillərinin istehsalı tədricən Nankin ərazisindən həmin Cyansu əyalətindəki qonşu sahəyə köçürüləcək.
Əziz Mustafa