
Çin Qazaxıstan üzərindən Bakıya yeni marşrut açır
Çərşənbə günü səhər saatlarında Çinin şimalındakı Şansi əyalətinin Çjinçjun şəhərindən əyalət tərəfindən transxəzər marşrutu ilə Çin-Avropa dəmir yolu daşımalarının başlanması münasibətilə ümumi çəkisi 1159 ton olan fotoelektrik batareya dəstləri ilə 50 standart konteyner yüklənmiş qatar Bakıya yola düşüb.
“Sinxua” xəbər agentliyinin verdiyi məlumata görə, yerli nəqliyyat şirkəti “Huayuan Internatinal Land Port” limanının mətbuat xidməti qatarın Çjundin logistika mərkəzindən yola düşdüyünü qeyd edib. Yol Qazaxıstandan keçərək Aktau limanına çatacaq və yük oradan bərə ilə Azərbaycana çatdırılacaq.
Şirkət xatırladıb ki, ənənəvi üsulla müqayisədə transxəzər daşımaları daşıma vaxtını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Şirkət xatırladıb ki, gələcəkdə yerli istehsal olan fotoelektrik modullar Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələrinə daha rahat şəkildə çatdırılacaq.
Hazırda “Huayuan Internatinal Land Port” limanı 23 Çin-Avropa və Çin-Mərkəzi Asiya marşrutları üzrə müntəzəm dəmir yolu xidmətləri həyata keçirir və Şansi əyalətini 16 ölkənin 48 şəhəri ilə əlaqələndirir.
Almaz Həsənli