Avtobuslara kart vasitəsilə ödəniş edəcəyik

Avtobuslara kart vasitəsilə ödəniş edəcəyik

7 Mart 2013 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin birinci yarısından Bakıda sərnişin avtobuslarında gediş haqqı kart sisteminə keçiriləcək.Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, layihənin əsas məqsədi Bakı şəhərində nəqliyyatın hərəkətində yaranmış problemlərin aradan qaldırılması üçün əlverişli texnologiyalar tətbiq etməklə nəqliyyatı bir mərkəzdən idarə etməkdir.
Bu sistemin tətbiqi nəqliyyatda bir çox çatışmazlıqların aradan qaldırılması ilə yanaşı, gecikmələrin də qarşısını almağa da müsbət təsir göstərəcək: "Biz 2013-cü ilin ilk üç ayını nəqliyyatda vahid kart sisteminə keçid üçün hazırlıq mərhələsi elan etmişik. Bu üç ay ərzində bütün texniki məsələləri başa çatdıracağıq. May-iyun aylarında ilkin olaraq 1000-ə yaxın avtobusda vahid kart sistemini tətbiqi ilə bağlı prosesi reallaşdıracağıq".

O.M.