Pul yox, ehtiyac çox, addımbaşı aldadırlar-nə etməli?
İndiki iqtisadi böhran dövründə stabil gəlir əldə etmək əsas problemə çevrilib. Bu halda daimi və etibarlı qazanc mənbəyinə sahib olmaq hər kəsə qismət olmur. İş yerlərində ixtisarlar, şirkətlərin müflis olmaları və sair bu kimi reallıqlar insanların gündəlik rifah halına öz mənfi təsirini göstərir. Doğrudur, Azərbaycan iqtisadiyyatı bir çox Avropa ölkələrinə nisbətən karbohidrogen ehtiyatlarının varlığı ilə sığortalanıb, bununla belə, kiçik və orta biznesdə problemlər yaşanmaqdadır. Bir sözlə, indi əhalinin əsas kütləsi gündəlik həyatında nağd pul çatışmazlığı problemi ilə üz-üzə qalıb. Bu isə ailə daxilində, iş yerlərində və cəmiyyətin digər strukturlarında sosial gərginliyin yaranmasına gətirib çıxarır. Sadə dildə desək, indi nadir hallarda elə bir ailə tapmaq olar ki, nəyisə borca və ya nisyə almasın. Bu halda borc və nisyə dedikdə, əmtəənin dəyərindən qat-qat çox ödənilən məbləğ nəzərdə tutulur. Ən azı ona görə ki, diqqətdən kənarda qalan kiçik ticarət obyektlərində borc (nisyə) dəftərlərinə nəzarət mexanizmi yoxdur. Çünki borc dəftəri anlayışı ümumiyyətlə iqtisadi qanunvericilikdə mövcud deyil.
Məsələn, əməkhaqqı, təqaüd və ya müavinət ödənilənədək məhəllənizdəki mağazadan borca ərzaq məhsulları alırsınız. Kim sizə təminat verə bilər ki, borc dəftərinə aldığınız malların məbləğindən artıq rəqəmlər yazılmayıb? Bu, səhvən və ya bilərəkdən ola bilər, fərqi yoxdur. İstənilən halda itirən siz olursunuz. Hətta bu cür neqativ hallar baş verməsə belə, şübhələr, əsəbi sarsıntılar istər-istəməz sizi narahat etməyə başlayır. Satıcı-alıcı arasında münaqişələr də əksər hallarda analoji səbəbdən baş verir. Və ya heç kimə sirr deyil ki, hətta ən soyuqqanlı alıcı belə nisyə aldığı ərzaq məhsulunun qiymətinə, çəkisinə diqqət yetirməyə utanır. Çünki həmin an yeganə fikri tanışlarını görmədən və ya satıcının yerli-yersiz sualları ilə qarşılaşmadan mağazanı tərk etmək olur.
Təəssüf ki, neqativ hallar təkcə məhəllə arası mağazalarla bitmir. Nə qədər qəribə səslənsə də, qeyd etməliyik ki, gündəlik reklam olunan "brend" mağazalarda istehlakçı hüquqları daha geniş şəkildə pozulur. Məsələn, reklamlarda geninə-boluna vəsf edilən texnika və ya məişət əşyaları sadə sənədləşmə yolu ilə, ilkin ödənişsiz şərtlərlə təklif olunsa da, əslində, real bazar qiymətindən 100-200 % baha satılır. Təbii ki, satış şirkətləri ümumi məbləği ayların sayına böldükdə, rəqəm o qədər də gözə çarpmır. Lakin sadə hesablamaların köməyi ilə bilmək olar ki, bu cür alış-veriş əməliyyatı istehlakçının maraqlarına tamamilə ziddir.
Elə isə nə etməli - nağd pul yoxdur, ehtiyac çoxdur, ticarət obyektlərində isə sizi aldadırlar?! Bu cür qarışıq bir şəraitdə düzgün yolu tapmaq elə də asan olmasa da, mümkündür. Əlbəttə ki, mövcud halda ən yaxın adamınıza müraciət etmək, ona vəziyyəti anlatmaq, ondan heç olmasa borc almaq ən düzgün çıxış yolu olardı. Təkrar edirik, yalnız ən yaxın adamınızdan, sizi əliboş qaytaracaq və ya dilə-dişə salacaq şəxsdən yox. Düşünməyin ki, elə bir yaxınınız yoxdur, var, özü də sizin yolunuzu gözləyir.
Bəli, yanılmadınız. Bu, "Bolmart" ticarət şəbəkəsidir. Bol çeşid, yüksək keyfiyyət, nümunəvi xidmət və inanılmaz ucuzluqla bolluq yaradan "Bolmart" ilk növbədə istehlakçıların maraqlarına xidmət edir. Bu yolda hər bir alıcının ayrı-ayrılıqda etibarını qazanmağa çalışır. "Bolmart"-da həyata keçirilən müxtəlif uduş, mükafat və bonus kampaniyaları buna bariz nümunədir. Minlərlə insan evlərinə ərzaqla bərabər bir-birindən dəyərli hədiyyələr və qucaq dolu xoş xatirələr aparır.
İndi isə "Bolmart" əhalinin sosial cəhətdən az təminatlı təbəqəsini nəzərə alaraq kredit kampaniyasını həyata keçirir. Belə ki, istənilən şəxs pul ödəmədən "Bolmart" ticarət şəbəkəsindən ərzaq məhsulları ala və dəyərini hissələrlə ödəyə bilər. Bundan başqa, məişət əşyaları və texnikalar da mövcud ucuz qiymətlərlə, təkrar edirik, ucuz qiymətlərlə və sərfəli şərtlərlə kreditə verilir. "Bolmart"-ın "Bank of Baku" və "Yapı Kredi" ilə birgə həyata keçirdiyi kampaniya şəbəkənin hər üç mağazasında qüvvədədir.
"Bolmart"-ın üstünlükləri bununla bitmir. 2012-ci ilin 01 iyun tarixindən etibarən ticarət şəbəkəsində "Bol kart" adlı bonus kartı fəaliyyət göstərir. Kartda hər 10 manatlıq bazarlığa görə 1 şərti bonus hesablanır ki, bu da istehlakçılara bol-bol hədiyyələr əldə etməyə şərait yaradır. Sadə məişət texnikasından tutmuş, tozsoran, paltaryuyan, qaz sobası və sair bu kimi dəyərli avadanlıqlar təmənnasız olaraq bonus sahiblərinə verilir. Bir sözlə, "Bolmart" bol-bol sürprizlərlə hər kəsi təəccübləndirməyə davam edir.
Əsas odur ki, reklamlara deyil, dost məsləhətinə etibar edəsiniz. Unutmayın ki, sizin "Bolmart" kimi dostunuz ola bilər.
Aqil Hüseynov
O.M.
































.jpg)


























































