
Tesla İlon Mask üçün əvəz axtardığı xəbərini təkzib edib
Mediada Tesla-nın direktorlar şurasının İlon Maskın baş direktor vəzifəsinə yerinə namizəd axtarışına başlamaq üçün axtarış firmalarını işə götürdüyü barədə yayılan xəbərlər “tamamilə həqiqətə uyğun deyil”. Bu barədə Teslanın İdarə Heyətinin sədri Robin Denholm cümə axşamı, mayın 1-də Teslanın X sosial şəbəkəsindəki rəsmi mikrobloqunda açıqlayıb.
Bundan əvvəl “The Wall Street Journal” xəbər vermişdi ki, Teslanın direktorlar şurasının bəzi üzvləri hazırkı baş direktor İlon Maskın Vaşinqtonda çox vaxt keçirərək ABŞ prezidenti Donald Trampın hökumətindəki işinə diqqət yetirməsindən narazıdırlar. Bununla əlaqədar, həmçinin Tesla səhmlərinin təxminən bir ay əvvəl dəyərini itirməsi ilə əlaqədar olaraq, “Teslanın idarə heyəti Maskın varisi tapmağı ciddi şəkildə düşünür”, - nəşr yazır.
WSJ xəbər verir ki, Teslanın direktorlar şurası Teslanın növbəti baş direktoru üçün rəsmi axtarış prosesi üzərində işləmək üçün bir neçə icraçı axtarış firması ilə əlaqə saxlayıb. Bu barədə nəşr adı açıqlanmayan mənbələrin sözlərinə əsaslanaraq yazıb.
Nəşr daha sonra qeyd edir ki, Tesla idarə heyəti üzvləri Maska şirkətin işlərinə daha çox vaxt sərf etməli və bunu açıq şəkildə söyləməli olduğunu söyləyib. İlon Maska gəlincə, o, "buna cavab vermədi", məqalədə deyilir. İlon Mask 2025-ci ilin yanvarından ABŞ prezidenti Donald Trampın sərəncamı ilə Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edir.
Almaz Həsənli