Çində uçan avtomobil zavodunun tikintisinə başlanılıb

Çində uçan avtomobil zavodunun tikintisinə başlanılıb

28 Oktyabr 15:25
Bəyəndim (10) Bəyənmədim (0)

Çinin elektrik avtomobil istehsalçısı “Xpeng” Çinin cənubundakı Quançjou şəhərində uçan avtomobillərin tədqiqat, təkmilləşdirmə və istehsal mərkəzinin tikintisinə başlayıb, “Sinxua” agentliyi bazar ertəsi bildirib.

“Uçan avtomobil istehsalçısı XPENG-in törəmə şirkəti olan XPENG AEROHT tərəfindən istismara verilən istehsal bazası dünyada uçan avtomobillər üçün ilk kütləvi istehsal zavodu olacaq”, - deyə məlumatda bildirilir.

İyul ayında “Xpeng” bildirib ki, şirkət Quançjou Sənaye İnkişafı Zonası ilə “Xpeng Aeroht” uçan avtomobil layihəsinə investisiya və əməkdaşlıq üçün müqavilə imzalayıb. Şirkət aydınlaşdırıb ki, əvvəlcə zavodda uçan avtomobillərin irimiqyaslı istehsalı üçün uçan modullar istehsal olunacaq.

Sinxua agentliyinin məlumatına görə, gələcək layihənin istehsal gücü ildə 10 min ədəd olacaq.

Daha əvvəl “XPeng Aeroht” vitse-prezidenti Vanq Tan “RİA Novosti”-yə bildirib ki, ilkin hesablamalara görə, modul tipli uçan avtomobilin qiyməti 1-2 milyon yuan (238,5-477 min manat) arasında olacaq. Şirkət 2025-ci ilin dördüncü rübündə müştərilərə çatdırılmaya başlamağı gözləyir.

Almaz Həsənli