Gürcüstan yanacaq idxalını dayandırmaq istəyir

Gürcüstan yanacaq idxalını dayandırmaq istəyir

25 Oktyabr 2024 13:49
Bəyəndim (3) Bəyənmədim (0)


Kulevidə azad sənaye zonası ərazisində Gürcüstanın ilk neft emalı zavodunun (NEZ) tikintisi Gürcüstan tarixində ən böyük özəl investisiyaya çevrilib, Baş nazir İrakli Kobaxidze bildirib.
Şirkətə məxsus 600 min kvadratmetr torpaq sahəsində zavodun tikintisi altı mərhələdə aparılacaq. Birinci mərhələ çərçivəsində zavodun əsas infrastrukturu tikiləcək və qalan mərhələlər çərçivəsində o, yardımçı tikililər, çənlər tikiləcək, ikinci dəmir yolu xətti açılacaq.
“Bu, müstəqil Gürcüstan tarixində ən böyük özəl investisiya layihəsidir, tikintinin birinci mərhələsinin büdcəsi 110 milyon dollar, layihənin ümumi investisiya həcmi isə 700 milyon dollar təşkil edəcək”, - Kobaxidze bildirib.
Tikinti işlərini “Black Sea Petroleum” şirkəti aparır. İlk mərhələdə ildə 1,2 milyon ton neft emal edəcək zavod 2025-ci ilin martında fəaliyyətə başlamalıdır. Zavodda nafta, dizel və mazut istehsal olunacaq. 2026-cı ildə neft emalı zavodu öz gücünü 4 milyon tona çatdıracaq. Qazoyl və bitum da neft məhsullarının siyahısına qoşulacaq. Gələcəkdə benzin və təyyarə yanacağı da istehsal etmək mümkündür.
“Sputnik” xəbər verir ki, “Black Sea Petroleum” Gürcüstanı tamamilə milli yanacaq-sürtkü materiallarına keçirəcək və artıq neft məhsullarını ixrac edəcək.
Almaz Həsənli