Rusiya İranla iqtisadi əməkdaşlığı gücləndirməyə çalışır

Rusiya İranla iqtisadi əməkdaşlığı gücləndirməyə çalışır

1 Oktyabr 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bazar ertəsi, sentyabrın 30-da Rusiyanın baş naziri Mixail Mişustin İrana səfər edib. Səfərin məqsədi dövlətlər arasında iqtisadi əməkdaşlığı dərinləşdirməkdir.

Bu barədə Tədqiqat İnstitutunun (ISW) hesabatında deyilir.

Mişustin İran prezidenti Məsud Pezeşkianla görüşüb. O, BRİKS-in oktyabrın 22-24-də Kazanda (Tatarıstan) keçirilməsi planlaşdırılan sammitində Rusiya və İranın strateji əməkdaşlıq haqqında hərtərəfli saziş imzalayacağına dair gözləntilərini bildirib.

Rusiya hökumətinin başçısı İranın birinci vitse-prezidenti Məhəmməd Rza Areflə də görüşüb, İranda “müxtəlif sahələr”ə Rusiya sərmayəsinin qoyulması imkanlarını müzakirə edib. Mişustin İranın neft naziri Möhsün Paknejad ilə də görüşüb.

İranın Rusiyadakı səfiri Kazem Cəlalinin sözlərinə görə, Mişustinin İrana səfəri iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirəcək.

Oxuməni.az