Qəzzaya 900 min tondan çox humanitar yardım gətirilib

Qəzzaya 900 min tondan çox humanitar yardım gətirilib

22 Avqust 2024 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra Qəzza zolağına 907 min tondan çox humanitar yardım daxil olub. Bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi məlumat yayıb.

Məlumata görə, yardımın 722,090 tonu (79,51%) ərzaq, 73,380 tonu (8,09%) müvəqqəti yerləşdirmə mərkəzlərinin təşkili üçün avadanlıqlar, 48,870 ton (5,39%) su, 25,770 ton dərmanlar, daha 36,9 min tonu qarışıq yardımlar olub.

Oxuməni.az