Erməni istehsalçılarının konyaklarının demək olar ki, 90%-i təhlükəlidir
Rusiya mağazalarında təqdim olunan erməni konyaklarının demək olar ki, 90%-i təhlükəlidir. Bu barədə TASS “Anti-Saxtakarlıq” beynəlxalq assosiasiyası və Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının araşdırmasına istinadən məlumat yayıb.
Tədqiqatda on ən böyük erməni istehsalçısının 20-dən çox brendinin 200 spirtli içki nümunəsi iştirak edib. Konyak federal pərakəndə satış şəbəkələrindən alınıb, sonra analiz üçün Ümumrusiya Pivə, Alkoqolsuz və Şərab Sənayesi Elmi-Tədqiqat İnstitutunun müstəqil laboratoriyasına təhvil verilib.
Aparılan işlərin nəticələrinə görə, içkinin 177 nümunəsində qanun pozuntuları aşkar edilib. Həmçinin, nümunələrin demək olar ki, yarısı üzüm olmayan spirtdən hazırlanmışdır.
Oxuməni.az
Digər xəbərlər


























































































