Avropada qazın qiyməti kəskin şəkildə artmaqda davam edir
Avropa təbii qazın qiymətləri yenidən yüksəlməyə başlayıb.
Qeyd olunur ki, bençmark fyuçersləri 2,6% artaraq meqavat-saat üçün demək olar ki, 39 avroya çatıb. Bu, dekabrdan bəri ən yüksək göstəricidir. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin əsas qaz təchizatı məntəqəsinin yerləşdiyi ərazini işğal etməsindən sonra döyüşlər davam etdiyi üçün Ukrayna ilə sərhəddə yerləşən Kursk bölgəsində Rusiya fövqəladə vəziyyət elan edib.
Ukrayna ərazisindən təbii qaz axını bu ilin ən aşağı həddə olsa da, axmaqda davam edir. Treyderlərin diqqəti Ukrayna ərazisindən Avropaya gedən ən son boru kəməri marşrutunun bir hissəsi olan Sudja sərhəd stansiyasında baş verən hadisələrə yönəlib.
Qazprom bildirib ki, cümə axşamı Sudja qəbul məntəqəsindən tranzit sutkada 37,3 milyon kubmetr təşkil edib. Məsələ ilə tanış olan insanlar bildiriblər ki, cüzi azalma müştərilərdən gələn sorğuların azalması ilə bağlıdır.
Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti ilin sonunda başa çatır.
Oxuməni.az