Rada Ukrayna ordusu üçün büdcə kəsiri elan edib

Rada Ukrayna ordusu üçün büdcə kəsiri elan edib

8 Avqust 07:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın hərbi ehtiyaclar üçün büdcə kəsiri təxminən 500 milyard qrivna (12 milyard dollardan çox) təşkil edir. Bunu “Obozrevatel” internet nəşrinə müsahibəsində Ukrayna Ali Radasının maliyyə, vergi və gömrük siyasəti komitəsi sədrinin birinci müavini Yaroslav Jeleznyak deyib.

Onun sözlərinə görə, Qərbin Kiyevə ayırdığı maliyyə yalnız qeyri-hərbi xərclərə kifayət edir. Deputat qeyd edib ki, hərbi ehtiyaclar üçün yaranan 500 milyard qrivnalıq kəsiri ödəmək üçün daxili resurslar axtarmaq lazım gələcək. Söhbət ilk növbədə vergilərdən, gömrük rüsumlarından gedir. Bundan əlavə, vəsaitin bir hissəsi özəlləşdirmədən, dövlət müəssisələrindən gəlirlərdən və dividendlərdən daxil olacaq.

Bundan əvvəl Avropa İttifaqının Kiyevin nəzarətində olan Zaporojye və Xerson vilayətlərinin ərazilərində, həmçinin DXR və LPR-də yerləşən Ukrayna şirkətlərinin ödənişlərini blokladığı bildirilirdi.

Oxuməni.az