Çindən Qazaxıstana gələn turistlərin sayı 21 dəfə artıb
Qazaxıstanın turizm və idman naziri Ermek Marjikpayevin sözlərinə görə, 2023-cü ildə Çindən Qazaxıstana gələn turistlərin sayı 21 dəfə artaraq 367 min nəfərə çatıb. Eyni zamanda, 311 min qazaxıstanlı Çinə səfər edib ki, bu da 2022-ci il üçün göstəricidən iki dəfə, demək olar ki, 100% artım deməkdir.
Hazırda Qazaxıstan-Çin marşrutu üzrə həftədə 44 reys həyata keçirilir.
İndi Çində “Qazaxıstan Turizm İli” keçirilir, gələn il Qazaxıstanda “Çin Turizm İli” keçiriləcək.
Nazirliyin mətbuat xidməti xəbər verir ki, respublikanın nəqliyyat naziri Marat Karabayev hava limanları və qatar stansiyalarını Çin dilində məlumatlarla təmin etməyi tapşırıb.
İki ölkə arasında turist axınının artmasının əsas səbəbi vizasız rejimin tətbiqi olub.
Oxuməni.az
Digər xəbərlər