AK Macarıstan və Slovakiyaya Rusiya neftinə alternativ tapmağı tövsiyə edib

AK Macarıstan və Slovakiyaya Rusiya neftinə alternativ tapmağı tövsiyə edib

2 Avqust 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Financial Times (FT) Avropa İttifaqının ticarət komissarı Valdis Dombrovskisin məktubuna istinadən xəbər verir ki, Avropa Komissiyası (AK) Macarıstan və Slovakiyaya Rusiya neftinə alternativ tapmağı təklif edib.

Belə ki, ölkələr Ukraynanın Rusiya Federasiyasından tədarükün qarşısını alması ilə bağlı şikayətə cavab veriblər. Avropa komissarı aktiv şaxələndirməyə çağırıb və qeyd edib ki, Aİ ölkələrinin xeyli hissəsi Macarıstan və Slovakiyanın digər potensial variantları hələ də tədqiq etməməsindən təəccüblənirlər.

Avqustun 1-də AK Avropa İttifaqının enerji təhlükəsizliyinə təhlükə olmadığını əsas gətirərək bu iki ölkəyə neftin tədarükü ilə bağlı təcili məsləhətləşmələrdən imtina edib. Avropa Komissiyasının nümayəndəsi Adalbert Yanz bildirib ki, AK Rusiyadan alınan neftdən uzaqlaşmaq üçün çox ciddi səylər göstərir. Daha sonra Xorvatiyanın baş naziri Andrey Plenkoviç bildirib ki, Zaqreb JANAF Adriatik neft kəməri vasitəsilə Macarıstan və Slovakiyanı neftlə təmin edə bilər.

Oxuməni.az