
Qazaxıstan Rusiyadan buğda idxalına qoyulan qadağanı uzadıb
Qazaxıstan hökuməti buğda və damazlıq malların idxalına qoyulan qadağanı 2024-cü ilin sonuna qədər uzatmaq qərarına gəlib. Bu qərar xarici ticarət siyasəti və beynəlxalq iqtisadi təşkilatlarda iştirak üzrə idarələrarası komissiyanın iclasında qəbul edilib.
Əvvəlcə 12 aprel 2024-cü ildə tətbiq edilən qadağa altı ay davam etməli idi. Bununla belə, Rusiyanın sərhədyanı rayonlarından buğdanın qeyri-qanuni idxalı və onun sonradan təkrar ixracı risklərinin davam etməsini, habelə Qazaxıstanda ötən illə müqayisədə daha yüksək taxıl məhsulu olacağına dair proqnozları nəzərə alaraq, hakimiyyət məhdudiyyətləri uzatmaq qərarına gəlib.
Həmçinin Qazaxıstan hökuməti iri və xırdabuynuzlu heyvanların damazlıq mallarının ixracına qoyulan qadağanı altı ay müddətinə uzadıb. Bu tədbir Avstraliya modeli üzrə südçülük təsərrüfatlarının tikintisi və heyvandarlığın inkişafı üzrə irimiqyaslı layihənin həyata keçirilməsi ilə bağlıdır.
Əvvəllər ölkənin Kənd Təsərrüfatı Nazirliyi buğdanın qanunsuz idxalının Qazaxıstan bazarında maya dəyərinin 2 dəfədən çox ucuzlaşmasına səbəb olduğunu izah edirdi. “Boz” adlanan idxalın həcmi ildə 1,5-2 milyon tona çatırdı və dövlətə dəyən ümumi zərər hər il 500 milyon dollar qiymətləndirilirdi.
Oxuməni.az