Ukraynada silah-sursat zavodu inşa ediləcək

Ukraynada silah-sursat zavodu inşa ediləcək

24 İyul 2024 19:25
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın “Rheinmetall” konserni sursat zavodunun tikintisi üçün Ukraynadan sifariş alıb. İstehsalı 24 ay ərzində başlamaq planlaşdırılır. Bu barədə Ukrayna mətbuatı konsernin bəyanatına istinadən yazır.

Sifarişdə zavodun istismara verilənədək tam texniki təchizatı daxildir. Hazırda Ukraynada lazımi infrastrukturun təmin edilməsi üçün tədbirlər davam etdirilir.

Ukraynalı müştərək müəssisə tərəfdaşı ilə birlikdə Rheinmetall də zavodun istismarına cavabdeh olacaq.

Sifarişin dəqiq dəyəri məlum deyil: diapazon 100 ilə 500 milyon avro arasındadır.

Oxuməni.az