Rusiyaya qarşı sanksiyalar ilin sonuna kimi uzadılıb

Rusiyaya qarşı sanksiyalar ilin sonuna kimi uzadılıb

22 İyul 2024 20:11
Bəyəndim (0) Bəyənmədim (0)


Aİ Şurası Rusiyaya qarşı bütün sanksiyaların müddətini 31 yanvar 2025-ci ilə qədər uzadıb. Bu barədə Şuranın saytındakı press-relizdə deyilir.

“Şura, Rusiya Federasiyasının Ukraynada vəziyyəti sabitləşdirmək üçün davam edən hərəkətlərini nəzərə alaraq Aİ-nin məhdudlaşdırıcı tədbirlərini daha 6 ay, 2025-ci il yanvarın 31-dək uzadıb”, - sənəddə deyilir.

Qeyd olunur ki, qərar 2014-cü ildən Rusiya Federasiyasına qarşı qəbul edilmiş bütün sanksiyalara şamil edilir və ildə iki dəfə avtomatik olaraq qəbul edilir.

Oxuməni.az