Rusiya İrana qaz satmağı planlaşdırır

Rusiya İrana qaz satmağı planlaşdırır

17 İyul 2024 21:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bu yaxınlarda imzalanmış memorandum çərçivəsində Rusiya qazının İrana tədarük həcmi gündə 300 milyon kubmetr-ildə 109 milyard kubmetr təşkil edəcək.

Bu barədə neft naziri Cavad Oudciyə istinadən İranın Şana və İrna agentlikləri yazır.

Onun sözlərinə görə, sazişə əsasən, “böyük həcmdə Rusiya qazı daxili istehlak üçün İrana və qonşu ölkələrə tədarük ediləcək”, qaz kəmərinin çəkilişi xərclərini isə Rusiya Federasiyası öz üzərinə götürəcək.

Nazir sənədi “İranın köməyi ilə iqtisadi inqilab üçün ilkin şərtlər yarada və regionda enerji təhlükəsizliyini təmin edə bilən enerji diplomatiyasının şah əsəri” adlandırıb.

Oudçi onu da qeyd edib ki, söhbət respublikanın şimalından cənubuna qaz kəmərinin çəkilməsindən gedir.

Xəbər verdiyimiz kimi, iyunun 26-da “Qazprom” İran Milli Qaz Şirkəti (NIGC) ilə Rusiya qazının İrana tədarükünün təşkilinin işlənib hazırlanmasına dair strateji memorandum imzalayıb.

Oxuməni.az