
Mask Trampın seçki kampaniyasına maliyyə yardımını davam etdirəcək
Amerikalı sahibkar İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasına dəstək məqsədilə yeni siyasi komitəyə ayda 45 milyon dollar ayırmağı planlaşdırır.
Bu barədə The Wall Street Journal məlumat verib.
Mask, Donald Trampın prezidentlik kampaniyasını dəstəkləyən yeni super siyasi aksiya PAC-a ayda təxminən 45 milyon dollar verməyi planlaşdırdığını söylədi.
Mask bu yaxınlarda bildirib ki, Donald Tramp 26-cı dövlət başçısı Teodor Ruzveltdən bəri ABŞ prezidentliyinə “ən gözəl” namizəddir.
Oxuməni.az
Digər xəbərlər