NATO ilə ŞƏT arasında ziddiyyətlər var

NATO ilə ŞƏT arasında ziddiyyətlər var

12 İyul 2024 20:27
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına mümkün daxil olması ilə bağlı məsələyə münasibət birmənalı deyil. Belə ki, məsələyə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, NATO ilə ŞƏT-in arasında ziddiyyətlər var.

“Həqiqətən də, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyətindən xəbərimiz var, Türkiyənin NATO-nun, Şimali Atlantika Alyansının üzvü kimi öhdəlikləri və fundamental mövqeləri, eləcə də bu təşkilatın strateji maraqları ilə ŞƏT sənədləri arasında müəyyən ziddiyyətlər var”, - deyə Peskov brifinqdə bildirib.

Onun sözlərinə görə, Türkiyənin ŞƏT-ə daxil olması üçün dəqiq tarix yoxdur.

Bundan əvvəl Türkiyənin ŞƏT-ə üzv olmaq məqsədini ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Oxuməni.az