Bolqarıstan "Qazprom"dan  400 milyon avro tələb edir

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

10 İyul 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bolqarıstanın dövlət qaz paylayıcısı "Bulgargaz" ("Bulgargaz") "Qazprom"a qarşı 2022-ci ildə qaz təchizatının dayandırılması ilə əlaqədar 400 milyon avro məbləğində dəymiş ziyana görə iddia qaldırıb, yerli media şirkətin bəyanatına istinadən xəbər verir.

İddia iyulun 8-də Parisdəki Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsində verilib.

May ayında “Bulgargaz” xəbərdarlıq etmişdi ki, birbaşa “Qazprom Eksport” MMC-dən təzminat almağa çalışacaq və danışıqlar nəticəsiz qalacağı təqdirdə arbitrajda iddia qaldıracaq.

Oxuməni.az