Həbib Nurməhəmmədovun  297 milyon rubl məbləğində vergi borcu var

Həbib Nurməhəmmədovun 297 milyon rubl məbləğində vergi borcu var

1 İyul 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federal Vergi Xidməti Ultimate Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədovun hesablarına həbs qoyub. Bu barədə Rusiya mətbuatının yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, həbsə səbəb idmançının 297 milyon rubl məbləğində borcu olub. Bundan əvvəl vergi məmurları Nurməhəmmədovun bir neçə şirkətini rəsmi sənədlərdəki yalan məlumatlara görə bağlamışdılar.

Həbib Nurməhəmmədov son döyüşünü 2020-ci ilin payızında amerikalı Castin Qetjiyə məğlub edərək keçirib. Döyüşdən dərhal sonra o, anasına atasız döyüşməyəcəyinə söz verdiyini izah edərək, peşəkar karyerasını tərk etdiyini açıqlayıb. Nurməhəmmədov təqaüdə çıxdıqdan sonra Eagle FC promosyonunu təsis etdi.

Oxuməni.az